Nikol Paşinyan koronavirusa yoluxdu

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsindəki canlı yayım zamanı açıqlayıb.

Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:

“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri də müsbət çıxıb. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

Paşinyan hazırda heç bir simptomun onda müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.

 

Share: