Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə XƏBƏRDARLIQ ETDİ

1 ay ərzində 190 min nəfər 11-ci sinif şagirdi imtahanlarda iştirak edəcək.

Milletinsesi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, 11-ci sinifdə oxuyan məzunlar imtahanların ikinci mərhələsində iştirak edəcək: “9-cu sinifdə oxuyan 90 minə yaxın şagird də imtahanlara qatılacaq”.

Onun sözlərinə görə, bir həftə ərzində təxminən 45 min insan hər həftə imtahan verəcək: “İmtahanlar üçün 1500-ə yaxın məktəb binası ayrılıb və həmin yerlərə baxış keçirilib”.

DİM sədri qeyd edib ki, bu gündən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: “İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

Məleykə Abbaszadə qeyd edib ki, koronavirus infeksiyasına qarşı tətbiq olunan tədbirlərə imtahanlara giriş və proses zamanı riayət edilməlidir: “Tibbi maskadan istifadə, tibbi hərarətlərin yoxlanması, sosial məsafə qaydalarına ciddi nəzarət tətbiq olunacaq. Abituriyentlərin yoxlanması üçün xüsusi vaxt təyin olunub. Bu, sosial məsafənin qorunması üçündür.

Valideynlərdən və şagirdlərdən xahiş edirik ki, buraxılış vəsiqələrində qeyd edilən vaxtda imtahan binasına yaxınlaşsınlar”.

Share: