DİM sədrindən ali məktəblərə imtahansız qəbulla bağlı AÇIQLAMA

“Bu gündən subbakalavrların ali məktəblərə imtahansız qəbul olunması üçün sənədverməbaşlayacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şəxslər DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyəti təhsil müəssisəsindən alınacaq:

“Onlar imtahansız qəbulla yanaşı, abituriyentkimi ərizə verib imtahandaiştirak edə bilər. İmtahansız müraciət etdikdə, müsabiqəyə buraxılmaq üçün minimal bal hesablanacaq”.

“Amma imtahanda abituriyent kimi iştirak edərlərsə, yüksək bal toplaya, daha yaxşı yerə qəbul ola bilərlər”, – deyə sədr qeyd edib.

Share: