İranda ötәn sutka әrzindә daha 81 nәfәr koronavirusdan (COVID19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 878 nәfәrә yüksәlib.
Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 979 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 154 445 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 578 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi indiyәdәk 121 004 nәfәrin koronavirusdan sağaldığını deyib.
İranda indiyәdәk 955 mindәn çox diaqnoz testi hәyata keçirilib./trend