“Barselona” “İnter”in futbolçusu Lautaro Martineslə razılığa gəlib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu yeni klubunda illik 12 milyon avro və bonuslar qazanacaq. Ən yaxın həftələrdə La Liqa təmsilçisi “İnter”lə də razılığa gəlməlidir. Belə ki, “Barselona” argentinalı oyunçunun müqaviləsindəki təzminat qiyməti – 111 milyon avro ödəməyi planlaşdırır. Klubun ilk olaraq 90 milyon avro və əlavə bir oyunçusunu təklif edərək “İnter”lə razılığa gəlməyə çalışacağı vurğulanıb.
Qeyd edək ki, L.Martines bu mövsüm A seriyasında 31 matçda 16 qol vurub.