“Yuventus” Buffonla razılığa gəldi

“Yuventus” qapıçısı Canluici Buffonla yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 42 yaşlı qolkiperlə bu yay başa çatacaq müqavilənin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, C.Buffon bu mövsüm 11 matçda meydana çıxıb.

Share: