Dünya liderlərinin İlham Əliyevə təbrikləri davam edir

Qətər Dövlətinin Əmiri Şeyx Tamim bin Həməd əs-Sani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da möhkəmlənməsini arzulayıram”.

***

Omanın Sultanı Heytəm bin Tariq əl-Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq”.

***

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin möhkəmlənməsində Sizinlə davamlı əməkdaşlıqdan məmnunluğumu bildirirəm. Sizə böyük məmnuniyyətlə məlumat verirəm ki, bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşümüz zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı apardığımız müzakirələrin nəticəsi olaraq bizim nümayəndə heyətimiz Bakıda uğurla işləyib. Dağ-mədən, kənd təsərrüfatı və yüngül sənaye sahələrində əməkdaşlıq və təcrübə mübadiləsinə dair danışıqlar müvəffəqiyyətlə davam edir. Cənab Prezident, əminəm ki, Siz bu səyləri dəstəkləməkdə davam edəcəksiniz.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.

 

Share: