İngiltərə Premyer Liqasında çıxış edən klublara koronavirusa görə dayandırılan çempionatın bərpasından əvvəl hazırlıq oyunları keçirməyə icazə verilib.
Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi futbolçuların formalarını bərpa etmələrinə kömək məqsədilə belə qərar verib.
Ancaq klublara müəyyən qadağalar qoyulub. Futbolçu və məşqçilər oyunlara şəxsi maşınları ilə gəlməlidirlər. Oyunları hakimlər yox, klubun məşqçi heyətindən seçilən şəxslər idarə edə bilər. Çox uzaqda məskunlaşan “Norviç” və “Nyukasl” kimi klublar uzun səfər etmək üçün xüsusi icazə almalıdır.
Qeyd edək ki, Premyer Liqanın iyunun 17-də qaldığı yerdən davam edəcəyi açıqlanıb.