DƏHŞƏT! COVİD-19-a görə polis 15 nəfəri güllələdi

Keniyada da koronavirus təhlükəsi səbəbindən xüsusi karantin qaydaları tətbiq edilir.

Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydaya əməl etməyən 15 nəfər isə polis tərəfindən öldürülüb. Eyni zamanda 31 vətəndaşa da bu səbəbdən işgəncə edildiyi bildirilib. <ins’> </ins’>

Sözü gedən ölkədə mart ayından etibarən polis barəsində 81 nəfər şikayət edilib. Qeyd edək ki, Keniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 19:00-05:00 saatları arasında evdən çıxmaq qadağan edilib.

Ümumilikdə isə ölkədə 2 093 nəfər “Covid-19″a yoluxub, 71 nəfər isə bu səbəbdən dünyasını dəyişib.

Share: