Ölkədə karantin rejimi tətbiq edildiyi zamandan, yəni mart ayının 19-dan Bakı avtovağzalı da fəaliyyətini dayandırıb və gediş-gəliş ləğv olunub.
Karantin rejiminin yumşaldılması və bir çox yerlərdə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq avtovağzal fəaliyyətini hələ də bərpa etməyib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Qazet.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda fəaliyyət bərpa edilə bilər.
“Bununla bağlı dəqiq tarix yoxdur. İstər gediş-gəliş, istərsə də ərazidəki ticarət mərkəzləri hələ ki, bağlıdır. Operativ Qərargahın qərarından asılı olacaq. Bununla bağlı yaxın vaxtlarda məlumat veriləcək”, – deyə Pərvin Məmmədova bildirib.