Ev şəraitində dərinizi gözəlləşdirin

Qadınlar dərilərini gözəlləşdirmək üçün ya kosmetoloq yanına gedir, ya da bahalı vasitələrdən istifadə edirlər. Ev şəraitində dəriyə qulluq edərək, sağlam, təravətli olmasına kömək etmək mümkündür.

Milletinsesi.az xarici KİV-ə istinadən maskalar təqdim edir.

Kəsmikli maska:

1 xörək qaşığı xamanı 1 xörək qaşığı kəsmiklə qarışdırın və üzərinə bir çimdik duz səpin. Maskanı üzünüzə çəkib 15 dəqiqəlik saxlayın, sonra isə ilıq su ilə yuyun. Bu normal dəri üçün nəmləndirici maskadır.

Yumurta sarısı:

1 yumurtanın sarısına 1 çay qaşığı bal və badam yağı əlavə edib, qarışdırın və üzünüzə çəkin. 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Xiyar və yoqurt:

Yarım xiyarı sürtgəcdən keçirib, üzərinə 2-3 xörək qaşığı şəkərsiz yoqurt əlavə edib, üzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Share: