Gürcüstanda koronavirusa 1 yeni yoluxma faktı təsdiqlənib.
Milletinsesi.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 801-ə çatıb. Onların 644-ü sağalıb, 13-ü isə ölüb.
Hazırda ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır.