İndoneziyanın Şimali Maluku əyalətində 7.1 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Daruba bölgəsinin 89 km-də yerin 112 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.