Kürün çayının suyu niyə azalır? – AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Kür çayının suyunun kəskin azalmasını əks etdirənşəkillər yayılır.

Paylaşımlarda Kür çayında suyun səviyyəsinin aşağı düşməsini yağıntıların az olması, eləcə də, suvarmada istifadəsi ilə əlaqələndirirlər.

Bildirilir ki, hər gün çayın suyunda azalmalar müşahidə olunur.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çayda suyun azalması qısamüddətli xarakter daşıyır:

“Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb”.

“Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib.

Belə hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır”, – deyə Asif Verdiyev qeyd edib.

Share: