Bill Qeyts peyvəndin hazır olacağı vaxt və çip şayiəsi haqda danışdı

“Microsoft”un qurucusu, məşhur milyarder Bill Qeyts insanlara çip yerləşdirməklə bağlı özü haqqında gəzən şayiələri şərh edib.

Milletinsesi.az-ın məlumatına görə, Bill Qeyts deyib:

“Mən heç vaxt mikroçiplə məşğul olmamışam. Bu o qədər sarsaq və heyrət doğuran iddiadır ki, onu heç təkiz etməyə də dəyməz”.

Bill Qeyts koronavirusa qarşı peyvəndin ilin sonuna qədər hazır ola biləcəyini də açıqlayıb.

Qeyd edək ki, koronavirus epidemiyası başlayandan sosial mediada və internet resurslarında Bill və həyat yoldaşı Melinda Qeytsə məxsus fondun peyvənd yaradaraq insanlara çip yerləşdirmək, bununla onları qlobal miqyasda izləmək məqsədi güddükləri iddia olunur.

Buna əsas verən Bill və Melinda Qeyts Fondunun 2018-2019-cu illərdə ÜST-ün büdcəsinin 9,76% -ni təmin edən ikinci ən böyük donor olmasıdır.

Fond dərman və peyvəndlər sahəsində tədqiqatları maliyyələşdirir./teleqraf

Share: