Bakıda marketlərdə ərzaq və çörək qıtlığı yaranıb.
“Millətin Səsi.az” xəbər verir ki, pandemiyaya görə ölkə ərazisində tətbiq olunan ikigünlük sərt karantin rejimi nsanları ərzaq ehtiyatı almaq üçün dükanlara axışmağa məcbur edib. Bəziləri isə özlərinə kifayət edəcək miqdardan arıq ərzaq və çörək aldığı üçün bütün piştaxtalar boşalıb. Qəssabxanalarda ət günorta saatlarından qurtarıb. Hər kəs çörək axtarır. Artıq vətəndaşlar dükanlara axşam vaxtı gətirilən çörək üçün növbəyə yazılıblar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağan olunub.