Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus maska taxmaq üçün verilən tövsiyələrin dəyişdirildiyini bildirib.
Qebreyesus bu barədə çıxışında bildirib:
“Aşkar edilmiş dəlillərə görə, ÜST hökumətlərə virusun geniş yayıldığı və fiziki məsafə saxlanılmasının çətin olduğu yerlərdə maskalardan istifadə etmələrini tövsiyə edir. Belə yerlərə ictimai nəqliyyat, supermarket və digər qapalı məkanlar daxildir”.
Bu vaxta qədər ÜST fərdi qoruyucu vasitələrdən yalnız koronavirus xəstələrinin istifadəsini tövsiyə etmişdi. Bundan əlavə, təşkilat ən azı üç qat maskaların infeksiyaya qarşı təsirli vasitə olduğunu açıqlamışdı.