Bakı Metropoliteni QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.
Bu barədə Milletinsesi.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ötən il Metrovaqonmaş SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır. Qatarlar sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.