Maqaye Qeye yolları ayırdığı “Qarabağ”la vidalaşıb.
Qol.az xəbər verir ki, o, “İnstaqram” hesabı vasitəsilə vida mesajı yazıb: “Qarabağ”ın heyətində kollektiv formada qol sevinci yaşadıqları şəkli paylaşan 30 yaşlı futbolçu mesajında “Hər şey üçün təşəkkür edirəm. Gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ”.
Qeyd edək ki, ötən yay Ağdam təmsilçisi transfer olunan Qeyenin dünən klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.