İranda koronovirusa yoluxma və ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində İranda 2 min 43 nəfər koronavirusa yoluxub, 70 nəfər isə həyatını itirib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 173 min 832 nəfər virusa yoluxub, 8 min 351 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 136 min 360 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 619 nəfərin vəziyyəti ağır olaraq qalır.