ABŞ silahlı qüvvələrinə məxsus “C-130” hərbi-nəqliyyat təyyarəsi İraqda qəzaya uğrayıb.
Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Təyyarənin qəzaya uğradığı yer İraqdakı ABŞ əsgərləri tərəfindən ciddi mühafizə edilir. Təyyarənin yükü, ölən və yaralananlar barədə hələlik məlumat verilmir. Qəza ilə bağlı araşdırma aparılır.
Hadisənin terror aksiyası olması versiyası da nəzərdən keçirilir.