Niderland fermalarında 10 minə qədər su samuru məhv edilməsinə başlanılıb.
Bu haqda Niderlandın Kənd Təsərrüfatı naziri məlumat verib.
Bildirib ki, su samuru fermalarında COVID-19 virusuna yoluxmalar aşkarlanıb. Yeni yoluxma ocağından yayınmaq məqsədi ilə bir neçə fermada hərəsinin 4-5 balası olan 1500 dişi su samuru məhv ediləcək. Ölkədə heyvan müdafiə qrupları Niderland ədliyyəsinə müraciət edərək, bu qərarın ləğv edilməsinə cəhd ediblər.
Qeyd edək ki, Niderlandda hələ may ayında fermada su samurlarında SARS-CoV-2 virusu tapılıb. Veterinar təşkilat təqdim edilmiş məlumatlara əsasən heyvan-insan yoluxmasının mümkünlüyünü təsdiqləyib. Ümumdünya Səhiyyə Təşkilatına görə isə bu iki yoluxma faktı yeni koronavirusun heyvandan insana keçməsinin ilk sənədləşdirilmiş halıdır.
Niderland hökuməti su samurularının daşınmasına qadağa qoyub və bütün su samuru fermalarında testlər başlayıb. Bir neçə yoluxma faktı aşkarlanıb.
Xatırladaq ki, 2016-cı ildə Niderlandın ən ali instansiyası 2024-cü ilə qədər su samuru bəsləyən fermaların bağlanmasına dair əmr verib. (AZƏRTAC)