Abşeronda banan yetişdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib.

İnstitutdan Milletinsesi.az-a bildirilib ki, tədqiqatlar zamanı alçaqboylu banan (M.acuminata Colla), Havana papayası (Solo papaya L.) növləri Abşeron şəraitində çoxaldılıb və onların bioekoloji xüsusiyyətləri öyrənilib. Məlum olub ki, həmin bitkilərdən, qışda şaxtadan qorumaqla, Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək olar.

Tədqiqat dövründə alçaqboylu banan və Havana papayası meyvə verib.

Share: