Rusiyada son bir gündə daha 8 987 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 511 423 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 183 nəfər artaraq 6 715-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 269 370 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 714 nəfər.