Türkiyədən Bakıya uçuş buna görə ləğv olundu – Açıqlama

İyulun 1-dək Azərbaycanda sərhədlər bağlı qaldığı üçün iyunun 16-da Türkiyədən Bakıya uçuşu nəzərdə tutulan reys təxirə salınıb.

Bunu Milletinsesi.az-a açıqlamasında AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Qeyd edək ki, bu gün Musavat.com iyunun 16-da Türkiyədən Bakıya uçuşu nəzərdə tutulan reysin təxirə salınması və sərnişinlərə bununla bağlı bildiriş gəldiyi haqda məlumat yayıb. Bildirişdə reysin təxirə salınma səbəbi açıqlanmayıb.

 

Share: