“Liverpul”un müdafiəçisi Vircil Van Deyk komandanın ən çox qazanan futbolçusu olacaq.
Qol.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Niderlandlı müdafiəçinin mövsümün sonunda “Liverpul”la yeni müqavilə imzalayacağı bildirilib.
Yeni müqavilənin müddəti 5 illik olacaq və Van Deyk bu müddətdə 57 milyon funt-sterlinq (təqribən 72 milyon dollar) qazanacaq. Hazırda həftəlik 180 min məvacib alan Van Deyk, yeni sözləşmə ilə gəliri 200 min funt-sterlinq (təqribən 252 min dollar) olacaq.
Qeyd edək ki, 2018-ci ildən “Liverpul”da çıxış edən Van Deykin klubla müqaviləsi 2023-cü ilə qədərdir.