Zelenskinin arvadı koronavirusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya koronavirusa yoluxub və hazırda ambulator müalicə alır.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident və uşaqlarından götürülən testin nəticəsi isə mənfi olub.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa yoluxmaq istədiyini bildirmişdi.

 

Share: