–9-cu sinif üzrə buraxılış imtahanları;
9-cu sinif üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 17089 nəfərdən 422 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1669 nəfərdən 268 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 2776 nəfərdən 76 nəfər imtahana gəlməyib. 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xatırladaq ki, buraxılış imtahanlarında (o cümlədən Azərbaycan dili) iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.
Qeyd: 10 və 11 iyun tarixlərində keçirilən 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.