Musleranın son durumu açıqlandı

Superliqanın 27-ci turunda “Rizəspor”la görüşdə (0:2) ağır zədə alan “Qalatasaray”ın qapıçısı Fernando Musleranın son durumu açıqlanıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı qolkiperin həm böyük, həm də kiçik baldır sümüyündə qırıq aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilib.

Mövsümü baş vuran təcrübəli qapıçının 6-8 ay meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Xatırladaq ki, “Qalatasaray”ın aparıcı üzvlərindən olan Muslera “Rizəspor”la görüşün 15-ci dəqiqəsində rəqib hücumçusu Milan Şkoda ilə toqquşma nəticəsində zədələnmiş və dərhal xəstəxanaya aparılmışdı.

Share: