Aktyor Kənan İmirzalıoğlu hamilə həyat yoldaşı Sinəm Kobala sürpriz edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor özəl istirahət təşkil edib. O, Marmaris-Selimiyədəki bir butik otelin iki otağını 45 günlük bağlatdırıb. O, bunun üçün 55 min lirə ödəyib.
5 aylıq hamilə olan aktrisanın rahat olması üçün Kənan pul xərcləməkdən çəkinmir. Bir otaqda cütlük özü qalacaq. İkinci otaqda isə onları ziyarətə gələn yaxınları yerləşəcək.
Sinəm üçün otelin mətbəxində sağlam qidalar hazırlanacaq. İmirzalıoğlu xəbərin mediaya sızmaması üçün qeydiyyatı dostunun adına etdirib.