Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanın mərkəzindədir.
“Report” xəbər verir ki, bu qənaətə amerikalı alimlər gəliblər.
Bölgənin təcrid olunması ilə əlaqədar orada indiyə qədərinsan fəaliyyəti olmayıb.
Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsirə məruz qalmayan az sayda yerlərdən biridir. Belə ki, burada aerozol və digər çirkli maddələrə rast gəlinməyib.
Bildirilib ki, araşdırmaçılar havada yalnız sudan qalxmış “dəniz” bakteriyalarını aşkarlayıblar.
Qeyd edək ki, Cənub okeanın ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir.