Elxan Məmmədovun sədrliyi ilə UEFA iclası

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videokonfrans formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Share: