15 yaşlı futbolçu La Liqa tarixinə düşdü

15 yaşlı futbolçu La Liqa tarixinə düşdü

“Malyorka”nın futbolçusu Luka Romero İspaniya La Liqasının tarixinə düşüb.

“Milletinsesi.az” xəbər verir ki, o, rekorda 31-ci turda keçirilmiş “Real”la oyunda nail olub. 15 yaş 219 günlük olan futbolçu La Liqa tarixinin ən gənc oyunçu olub.

Öncəki rekord 1939/40 mövsümündə “Selta”nın futbolçusu Sansona aid idi – 15 yaş 255 gün.

Meksika əsilli yarımmüdafiəçi Argentinaın U-17 yığmasının üzvüdür.

Share: