Paşayeva son 6 gündə 200 seçicisi ilə danışdı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 6 gündə Tovuz rayonundan olan 200-dən çox seçicisi ilə onlayn şəkildə görüntülü danışıb.

Milletinsesi.az  xəbər verir ki, millət vəkili onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 300-ə yaxın müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib.

Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Share: