Qazaxıstanın “Kaysar” klubunda 25 nəfər koronavirusa yoluxub.
Qol.az “Sport.kz” saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. O bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Komandanın məşqləri dayandırılıb.
Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. “Kaysar”ın ilk oyunu “Taraz”ladır.