Baş qərargah rəisinin səhifəsi dağıdıldı

Baş qərargah rəisinin səhifəsi dağıdıldı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko Feysbuk profilinin növbəti dəfə dağıdıldığını açıqlayıb.

Axar.az xəbər verir ki, Mujenko səhifəsini oğurlayan şəxslərin qanunsuz olaraq təxribat xarakterli siyasi paylaşımlar etdiyini bildirib.

“Hər kəsə xatırladım ki, hərbçilər siyasi proseslərə qarışmır”, – Mujenko qeyd edib.

Hibrid müharibənin davam etdiyini bildirən Mujenko Ukraynanın düşmənə layiqli cavab verəcəyini söyləyib.

Share: