Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.
Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.
Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.
Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.
Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.
Apa