Çində elm adamları, dünyaya rahat şəkildə yayılma ehtimalı olan yeni bir virus kəşf etdilər.
“Millətin Səsi.az” xarici KİV-ə istinadən xəbər verir ki, donuzlarda aşkarlanan bu virusun insanlara da yoluxduğu açıqlanıb. Tədqiqatçılar virusun mutasiya nəticəsində sürətlə yayılmasından narahatdırlar.
Yeni və ölümcül bir qrip dalğasının olma ehtimalı, hətta koronavirus pandemiyası bitməmiş yeni birisinin yaranması elm adamlarının diqqətlə izlədikləri bir mövzudur.
Qeyd edək ki, son qrip pandemiyası olan “Donuz qripi” 2009-cu ildə Meksikada baş verib.