PSJ futbolçuları Tiaqo Silva, Erik Çupo-Motinq və Serxio Riko ilə iyunun 30-u başa çatan müqavilənin müddətini 2019/2020 mövsümünün sonuna qədər uzadıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Beləliklə, onlar Fransa kubokunda iyulun 24-ü “Sent-Etyen”, Fransa liqa kubokunda iyulun 31-i “Lion”la görüşlərdə iştirak edə biləcəklər.
Oyunçular, həmçinin Çempionlar Liqasının matçlarında da oynaya biləcəklər.