“Onunla danışacağam, amma üzr istəməyəcəyəm”

“Barselona”nın baş məşqçisi Kike Setyen Antuan Qrizzmandan üzr istəməyəcəyini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, fransalı hücumçu dünən La Liqada “Atletiko” ilə matçın (2:2) 90-cı dəqiqəsində meydana buraxılıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Setyen deyib: “Onunla danışacağam, amma üzr istəməyəcəyəm. Antuanın nə hiss etdiyini başa düşürəm. O, peşəkar və yaxşı oğlandır. Riki isə əla oyun keçirdi. Messi və Suaresi daim meydanda saxlamaq lazımdır. Qrizzmana ilk 11-likdə yer tapmaq asan məsələ deyil”.

Share: