Ruhanidən Suriya açıqlaması: Yeganə həll variantı…

ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar iqtisadi terrorizmdən başqa bir şey deyil.Millətinsəsi.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Rusiya və Türkiyə liderləri ilə üçtərəfli videogörüş zamanı deyib.

Ruhani bildirib ki, ABŞ hərbi təzyiqlərlə əldə edə bilmədiyini iqtisadi sanksiyalarla və Suriya xalqını cəzalandıraraq da əldə edə bilməyəcək:

“Astana prosesi Suriya böhranının sülh yolu ilə həllinə töhfə verən yeganə həll variantıdır. Bu müddətdə bir çox qazanc əldə edilib. Onları qoruyaraq inkişaf etdirmək 3 ölkənin vəzifəsidir. İran Suriya böhranında siyasi həll variantına inanır. Bu məsələ hərbi yolla həll olunmayacaq”.

Share: