Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ötən gün 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
“Millətinsəsi.az”ın məlumatına görə, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Abdullayev Hüseyn Yaşar oğlu 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı Respublika üzrə maksimal nəticə göstərərək – 300 bal (Azərbaycan dili – 100 bal, ingilis dili – 100 bal, riyaziyyat – 100 bal) toplayıb.
Qeyd edək ki, Hüseyn həmçinin “Əlaçı” verilişinin mövsüm finalının qalibi olub.