Lerikdə avtomobili 60 metr yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Millətin Səsi.az”  report-a istinadən xəbər verir ki, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, UAZ markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share: