Mehriban Əliyeva şəhid analarına müraciət etdi

Əliyeva ötən gün Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı paylaşım edib.

Millətin  Səsi .az xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşdığı fotoya şərh olaraq bu sözləri əlavə edib:

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!”

M. Əliyeva müraciətində şəhid analarına və atalarına öz dərin kədərini və hörmətini bildirib: “Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

Share: