PSJ “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu transfer etmək istəyir.
Qol.az “The İndependent”ə istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas transfer hədəfi 22 yaşlı hücumçudur. Bildirilib ki, klubun baş məşqçisi Tomas Tuhel ingilis oyunçunu çox bəyənir və onu komandasında görməkdə israrlıdır.
“Yunayted”in isə Reşfordla yolları ayırmaq istəmədiyi vurğulanıb. Ancaq klub onun gedişinə mane olsa bilməsə, PSJ-dən 100 milyon funt sterlinq tələb edəcək.
Qeyd edək ki, Reşfordun “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin yayında başa çatır.