Bu gün yenidən intensiv atəş başlayıb – Səfirimiz

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim “Haber7.com” saytına müsahibəsində deyib.

Səfir bildirib ki, vəziyyətin gedişatı bölgədə baş verən proseslərdən aslıdır:

“Burada dəqiq bir şey var. Bizə edilən hücumlara layiqincə cavab veriləcək. Ermənilər ən qısa müddətdə bizdən üzr istəməlidir. Ötən gün bir az sükut oldu. Ancaq bu gündən başlayaraq yenidən mülki əhaliyə atəş açmağa başladılar. Əlbəttə ki, bu nöqtədə yenə layiqli cavablarını alacaqlar”.

Səfir qeyd edib ki, hadisələrlə bağlı ermənilərin yaydığı yalanlar da var:

“Guya Azərbaycanın PUA-larını vurublar, tanklarını məhv ediblər. Bununla bağlı görüntülər paylaşırlar. Əfqanıstanda illər əvvəl çəkilən görüntüləri Azərbaycanda olubmuş kimi yaymağa çalışırlar. Belə ucuz təbliğatlar artıq işləmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır ki, onların bu hərəkətləri özləri və vətəndaşlarına zərər verir. Çünki Azərbaycan tərəfindən veriləcək cavablar onlar üçün böyük itkidir”.

Share: