Bu, Ermənistana baha başa gələcək – Deputat

Erməni hücumlarının başlamasında Tovuzdan keçən enerji və nəqliyyat xətlərinin böyük rolu var.

Milletinsesi.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva “Anadolu” agentliyinə açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanı Gürcüstan üzərindən Türkiyə və Qərblə birləşdirən yeganə yol Tovuzdan keçir:

“Ermənistan bəzi strateji nöqtələri ələ keçirərsə, iki ölkənin ortaq enerji və nəqliyyat xətləri hər an vurula bilər. İşğalçı Ermənistanın Tovuzu hədəf seçməsinin əsas məqsədlərindən biri də budur. Digər tərəfdən ermənilər yaşayış məntəqələrini vurmaqla bölgədə panika yaratmağa çalışırlar. Ancaq xalq evlərini tərk etməyib. Mülki əhaliyə edilən hücumlar Ermənistana baha başa gələcək”.

Q.Paşayeva vurğulayıb ki, dünya və beynəlxalq təşkilatlardan Ermənistanın hücumlarına sərt reaksiya vermələrini gözləyirik:

“Hər hansı bir beynəlxalq təşkilat bu məsələyə reaksiya verməsə, iç üzünü ortaya çıxarmış olacaq. Türkiyəyə hücum edən terrorçuları və çevriliş edənləri müdafiə edən insan haqları təşkilatları burada mülki şəxslərə edilən hücumlara heç bir reaksiya vermir”.

Share: