Messidən daha bir tarixi uğur

“Barselona”nın futbolçusu Lionel Messi La Liqada tarixi göstəriciyə imza atıb.

Milletinsesi.az Qol.az-a istinadən  xəbərinə görə, argentinalı hücumçu İspaniya çempionatında 7 dəfə bombardir adını qazanan ilk futbolçu olub. Kapitan daha əvvəl – 2010, 2012, 2013, 2017, 2018 və 2019-cu illərdə də ən çox qol vuran oyunçu adını qazanmışdı.

O, bu mövsüm 33 oyunda 25 qol vurub və bombardir üçün nəzərdə tutulan “Piçiçi” mükafatına layiq görülüb.

Qeyd edək ki, indiyədək La Liqa tarixində ən çox bombardir olan futbolçu ünvanı hərəyə altı dəfə  olmaqla Messi ilə Telmo Zarraya məxsus idi.

Əlavı edək ki, Messi həm dı ardıcıl 4-cü dəfədir ki, La Liqanın ən yaxşı bombardiri olub.

Share: