Rusiya heyəti Ankarada: Razılıq əldə olundu

Rusiya heyəti Ankarada: Razılıq əldə olundu

Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyəti Ankarada Liviya böhranını müzakirə etmək üçün türkiyəli həmkarları ilə bir araya gəlib.

Milletinsesi.az xəbər verir ki, 4 saat yarım davam edən danışıqlardan sonra nazirlər səviyyəsində görüşün təşkil edilməsinə qərar verilib. Əgər tərəflər razılaşarsa, Xarici İşlər və Müdafiə nazirlikləri səviyyəsində görüş bu həftə keçirilə bilər.

Qeyd edək ki, görüşdə Türkiyə və Rusiya arasında gərginlik yaradan Sirt böhranının həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Daha əvvəl Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu konkret yol xəritəsi hazırlanmadan əldə olunan atəşkəsin daimi olmayacağını açıqlamışdı.

Share: