Bu ölkə də Türkiyə məhsullarına rüsumu artırdı

Mərakeş Türkiyədən idxal etdiyi tekstil məhsullarına gömrük rüsumunu artırıb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Mərakeş İqtisadiyyat Nazirliyinin Gömrük və Vergilər İdarəsi qərar qəbul edib.

Qərara əsasən Türkiyədən idxal olunan tekstil məhsullarının gömrük rüsumu 36 faiz artırılıb.

Mərakeş bu addımla yerli məhsullarla güclü rəqabət aparan türk tekstil mallarının idxalını məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanı türk məhsullarına məhdudiyyət tətbiq edib.

Share: